ZIKA virusuna qarşı meymunlar üzərində sınanan peyvənd nəticə verib

Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən “Beth Israel Deaconess” Tibb Mərkəzində Dr. Dan Barousun meymunlar üzərində apardığı sınaq uğurla nəticələnib. Mütəxəssis bildirib ki, son nəticə ZİKA virusuna qarşı daha etibarlı və təsirlidir.

 

Medpress.az“ xəbər verir ki, Science” jurnalında dərc olunan nəticələri dair məlumata görə insan orqanizmində infeksiyaya qarşı müqaviməti artırmaq üçün istifadəsi nəzərdə tutulan peyvənd ZIKA virusun zərərsizləşdirəcək əhəmiyyətə malikdir. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.

 

Sözügedən virusla mübarizə məqsədi ilə biri ənənəvi, ikisi müasir üsulla olmaqla 3 əsas sınaq aparılmışdı. Ənənəvi üsulla alınan peyvəndin oktyabr ayında insanlar üzərində sınanmağa başlaması gözlənilir. Lakin  müasir üsulla əldə edilən hər iki nəticənin insanlar üzərində sınaq tarixi bəlli deyil.

 

Xatırladaq ki, ABŞ-da son aylarda əsasən ölkə xaricinə səyahət zamanı 1650 çox insan ZIKA virusuna yoluxmuşdu. Dünya Səhiyyə Təşkilatının iyulun 27-də son hesabatına görə ZIKA virusu 2007-2016-cı illər ərzində 67 ölkədə qeydə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir