Alma və pomidorun siqaret çəkənlərə xeyri.

Pomidor və alma dünyanın hər yerində məşhurdurlar və özünəməxsus bir ləzzətə malikdirlər. Bu yaxınlarda siqareti buraxan insanlarda ağciyər funksiyasını bərpa edə bilirlər. Bu nəticəni  Baltimordakı Johns Hopkins Universitetinin Bloomberg adına olan Xalq Sağlamlığı Məktəbinin alimləri veriblər. Müxtəlif ölkələrdən 650 nəfərin məlumatları analiz edərək bu nəticəyə gəlinib.  Medpress.az bu barədə xarici mətbuata istinadən məlumat verir.

 

Pomidor və almada siqaretdən zədələnmiş ağciyər hüceyrələrini bərpa etməyə kömək edən maddələr ehtiva edir. Heç vaxt siqaret çəkməmiş insanlar yuxarıdakı qidaları pəhrizə daxil edərlərsə, bu ağciyərin işinin pisləşməsini çox yavaşladacaqdır.

 

Bu nəticəyə gəlmək üçün elm adamları, pəhrizdən əvvəl və on il sonra dünyanın müxtəlif ölkələrində yaşayan altı yüz əlli insandan alınan ağciyər funksiyası testinin nəticələrini hərtərəfli müqayisə ediblər. Ağciyərlərə sorulan havanın həcmi ölçüləndə alma və pomidor qəbulunu artırmış keçmiş siqaret çəkənlərin ağciyər funksiyasındakı azalmanı 80 ml ləngitdiyi məlum oldu.

 

(Visited 27 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir