Parkinsonu aşkarlayan “ağıllı” saat

Əllər vasitəsilə sıxma gücü sağlamlıq vəziyyətinin göstəricisi ola bilər və xəstəliklərin aşkar edilməsində diaqnostika vasitəsi kimi istifadə edilə  bilər.

 

Medpress.az “ıtc.ua” saytına istinadən xəbər verir ki, bu məqsədlə “IBM” korporasiyası tərəfindən hazırlanmış və əl dırnağına bərkidilən kiçikölçülü daşınan verici (datçik) sıxma gücünü aşkar edə bilər. Bundan sonra verici vasitəsilə toplanmış məlumatlar süni intellektin tətbiqi ilə təhlil edilir. Sensorlar dərman qutularının açılması, əllə mətn yazmaq kimi məsələləri aşkar etmək üçün kifayət qədər həssas və dəqiqdir.

Sensordan toplanmış məlumatlar “ağıllı” saata ötürülür və orada  informasiyanın emalı həyata keçirilir. “Ağıllı” saatlarda tətbiq olunan kompüter təlimi sistemi parkinson xəstəliyinin müxtəlif əlamətlərini aşkar etmək qabiliyyətinə malikdir.

(Visited 28 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir