Süni ağciyər suyu yanacağa çevirir

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları insanın ağ ciyəri prinsipi üzrə işləyən və hidrogen yanacağını generasiya edən qurğu yaradıblar.

 

Medpress.az “Naukatv”-yə istinadla yazır ki, hidrogenin nefti əvəz edən ekoloji təmiz yanacaq olması barədə uzun müddətdir müzakirələr aparılır. Bu, hidrogen yanacağının istehsalı üçün ilk qurğu olmasa da, onun unikal konstruksiyası prosesi daha effektiv edir. İnsanın ağ ciyərinə hava oksigen əldə edərək onu qan dövranına göndərən incə membran vasitəsilə daxil olur. Unikal struktura malik orqan bu qaz mübadiləsini yüksək effektivli edir. Stenford Universitetinin tədqiqatçılar qrupunun texnologiyası ağ ciyər formasında olan qalın plastik plyonkalı torbadır. Kisənin çöl tərəfi su buraxmayan kiçik məsamələrlə örtülüb, daxildən isə qızıl və platindən ibarət nanozərrəciklər çəkilib.  

Qurğunu suya yerləşdirən və ona elektrik cərəyanı buraxan tədqiqatçılar “ağ ciyəri” enerjini generasiya etməyə məcbur ediblər. Mütəxəssislərin sözlərinə görə, məhz qurğunun forması ona plyonkanın üst səthinin örtülməsi ilə müqayisədə 32 faiz yüksək effektivliklə işləməyə kömək edir. Bu onunla əlaqədardır ki, ağ ciyərin forması enerji istehsalı prosesinin effektivliyini azalda bilən kisəciklərin yaranmasını minimuma endirir.

Hazırda alimlər qurğunun dizaynını təkmilləşdirməyə və onu daha yüksək temperaturlara qarşı dözümlü olmağa məcbur etmək üçün yeni üsul tapmağa çalışırlar.

(Visited 37 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir