Çox ölür, az doğulurlar…

Yaponiyada 2018-ci ildə əhalinin ən böyük təbii azalması qeydə alınıb.  Bu, rekord aşağı doğum səviyyəsidir. Medpress.az xarici mediaya istinadla bildirir ki, 2018-ci ildə ölkədə 921 min uşaq doğulub. Bu, doğum statistikasını aparıldığı 1899-cu ildən bəri ən aşağı göstəricidir.

 

Gündoğar ölkənin Sağlıq, Əmək və və Rifah Nazirliyinin bu günlərdə açıqladığı hesabata görə, 2017-ci illə müqayisədə yeni doğulanların sayı 25 min nəfər azalıb.

 

Narahatlıq doğuran məsələ budur ki, doğum göstəricisi artıq 3 ildir ki, 1 milyon həddinni aşa bilmir.

 

2018-ci ildə ölüm də müharibədən sonrakı dövrün rekordunu təzələyib– 1,369 milyon nəfər. Bununla da əhalinin təbii azalması 448 min nəfər olub. Bu isə bütün tarix boyu ən yüksək göstəricidir.

 

(Visited 24 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir