Hər il yollarda 1,35 milyon adam ölür – HESABAT

Dünyada hər il yol qəzalarında təxminən 1,35 milyon insan həlak olur. Medpress.az xarici mediaya istinadla xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni Qlobal Yol Təhlükəsizliyi Hesabatında qeyd edilir.

 

Sənəddə qeyd edilir ki, hər 24 saniyədə yol qəzasında bir nəfər həlak olur.

 

Bütün qurbanlarının dörddə birindən çoxu piyadalar və velosipedçilərdir.

 

Yaşları 5-dən 29-a qədər uşaq və gənclər də tez-tez yol qəzalarının qurbanı olur.

 

ÜST, eyni zamanda əhalinin qlobal artımı və avtomobilləşmə ilə müqayisədə ölümlə nəticələnən yol qəzaları məsələsində bəzi stabilləşmə müşahidə edildiyini göstərir.

 

Hesabata görə, bu gün yoxsul ölkələrdə yol qəzalarında ölənlərin sayı gəlirlərin yuxarı olduğu ölkələrlə müqayisədə 3 dəfə çoxdur. Ən yüksək ölüm göstəricisi Afrikadadır: burada hər yüz min əhaliyə 26,6 hadisə düşür.

 

Ən aşağı göstərici Avropadadır: 100 min nəfərə 9,3 hadisə.

 

ÜST-ün məlumatına görə, Avropa regionunda yollarda hər il 230 min insan həlak olur, minlərlə insan müxtəlif xəsarətlər alır.

 

(Visited 64 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir