“Paxmel”ə qarşı ideal vasitə tapıldı

Kanadalı həkim Şonossi Bişop-Stoll kişilərin çoxunun arzusunu reallaşdırıb  – dünyanın müxtəlif 30 şəhərində milyonlarla kişinin xilası naminə 10 il sərxoşluq edib.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, səbəb sadə olub – Stoll əməlli-başlı yeyib-içdikdən sonra insanın özünü pis etməsinin (“paxmel”) qarşısını ala biləcək ideal vasitə axtarırdı.

 

Unikal tədqiqat bəhrəsini verib – kanadalı anlayıb ki, hətta B1, B6 və B2 vitaminlərinin “zərbə” dozası venadaxili axınlara belə yaxşı kömək etmir. Ancaq kanadalı eksperimentçinin sözlərinə görə, 1500 milliqram xüsusi amin turşusu – asetiltistein hər şeydən tez “ayaq üstə” durmağa kömək edəcək gücdədir.

 

Stoll qeyd edir ki, bu amin turşusu güclü antioksidant – qlutation istehsalına kömək edir və bu, orqanizmdən alkoqolun çıxarılmasını sürətləndirir, ümumi möhkəmləndirmə təsiri göstərir.

 

Həkimin sözlərinə görə, 10 illik sərxoşluq ona çox baha başa gəlib – o, ciddi çəki alıb, zehni qabiliyyəti pisləşib. Üstəlik, həkimin ürəyində də problemlər başlayıb və müntəzəm sinir sisteminin fəaliyyətində fasilələr olur.

(Visited 532 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir