63 yaşlı Batumi sakini olan kişi qrip virusunun ağırlaşması səbəbindən ölüb.
Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə səhiyyə və sosial müdafiə naziri Zaal Mikeladze məlumat verib.
“Hadisə bu gün səhər Batumi tibb mərkəzində baş verib. Laboratoriya araşdırması kişinin qrip virusundan öldüyü təsdiqlənib, lakin onun digər risk faktorları da vardı”, – Mikeladze vurğulayıb.
Bu, 2018-2019-cu il mövsümündə Batumidə qripdən 5-ci ölüm hadisəsidir. Gürcüstanda ümumilikdə qripə yoluxmadan ağırlaşmaya görə 15 nəfər həyatını itirib.