Arvadınızın rəfiqəsi sizin boşanmanıza səbəbkar ola bilər – KİŞİLƏR ÜÇÜN

Tədqiqatçılar kişinin öz arvadının rəfiqəsi  ilə qarşılıqlı əlaqəsi və boşanma arasındakı bağlılığı müəyyənləşdiriblər.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, alimlər 16 il 373 ərlə arvadı müşahidə ediblər. Bu müddətdə onların təxminən yarısı boşanıb. Məlum olub ki, çox halda kişi arvadının dostluq etdiyi qadına mənfi münasibət bəsləyib.

 

Araşdırma müəlliflərinin fikrincə, bu qanunauyğunluğun bir neçə səbəbi var. Birincisi, qadınlar məhz rəfiqələri ilə öz problemlərini və kədərlərini daha tez-tez bölüşürlər, bu isə nikah münasibətlərinin pisləşməsi ilə başa çatır.

 

İkincisi, rəfiqələr kişiləri tənqid etməyə həvəslidirlər və bu yenə qadınları inandırır ki, qalmaqal yaratmaq lazımdır. Nəhayət, əgər arvadının rəfiqəsi kişinin xoşuna gəlmirsə, o, onun nə qədər onlardan daha yaxşı olduğunu və həyat yoldaşı seçimində yanılmadığını fikirləşə bilər.

 

(Visited 41 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir