Kişinin mədəsindən 40 əşya çıxarıldı

Hindistandan olan 52 yaşlı kişinin mədəsindən 40 açar, qəpiklər, karandaş itiləmək üşün lezviya, maqnitlər və sim-kartlar çıxarılıb. Bu əşyaların hamısını çıxarmaqdan ötrü həkimlərə 45 dəqiqəlik iki prosedur lazım olub.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, Rajiv Gandhi Government General Hospitalın həkimlərinin sözlərinə görə, ruhi xəstəlikdən əziyyət çəkən Cayakumar adlı kişi əgər əməliyyat edilməsəydi, daxili qanaxmadan, yaxud sepsisdən ölə bilərdi.

 

Açıq əməliyyat keçirməkdən ötrü həkimlər metal əşyaları xəstənin mədəsindən çıxarmaq üçün qastroskopiyanın köməyindən istifadə etmək üqərarına gəliblər. Onlar birinci gün 22, sonrakı gün isə 18 əşyanı mədədən çıxara biliblər.

 

Xəstənin mədəsindən çıxarılan əşyaların ən kiçiyi 2 santimetr olub. Kişinin mədəsində bu əşyaların olduğu fevral ayının axırında, artıq 3 ildir müalicə olunan ruhi xəstənin  MRT aparılması zamanı üzə çıxıb. Ona MRT ediləndə, mədəsində güvlü ağrılar əmələ gəlib. Sonrakı müayinə zamanı onun mədəsində çox sayda metal əşyalar olduğu görünüb.

 

Xoşbəxtlikdən, xəstənin daxili orqanları udduğu əşyalardan zərər çəkməyib, prosedurdan az sonra evinə qayıdıb.

 

 

 

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir