Çiy yumurta içməyin inanılmaz faydaları

Həftədə yalnız bir dəfə çiy yumurta içdikdə nələr olacağını bilirsinizmi? Amin turşusu baxımından zəngin olan yumurta bişiriləndə bu xüsusiyyəti azalır. Ancaq çiy istifadə edildikdə bədənin ehtiyacı olan amin turşusunun 90 faizini qarşılamada təsirlidir. Bəs, çiy yumurtanın faydaları nələrdir?

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, xəbəri oxuyanda çiy yumurtaya dair maraq edilən hər şeyi tapa biləcəksiniz. Sağlamlıq baxımından da, insanların ehtiyacı olan maddələr baxımından da zəngin olan yumurta adətən yemək, tort kimi qidalarla bişirilərək yeyilir. Ancaq bişirilərək sərf edildiyi qədər çiy halda da yeyilir. Ləzzətli dadı olmamasına baxmayaraq sağlamlıq baxımından inanılmaz faydalar təmin edən çiy yumurtanı əsasən opera sənətkarları və səs tellərində oktavalığı yüksək olan insanlar istifadsə edirlər.

 

Yumurta bişiriləndə də sağlam qidadır, xüsusilə zülal baxımından olduqca fayda verir. Ancaq bəzi maddələri isə temperatur üzündən itkiyə uğrayır. Xüsusilə amin turşusu maddəsi baxımından zəngin olan yumurtada istilik səbəbiylə bu maddə yüksək nisbətdə azalır.

 

– Boğazı infeksiyalara qarşı qoruyaraq səs tellərinin daha da sağlam çalışmasını dəstəkləyir.

 

– Tərkibində olan yüksək miqdarda amin turşusu sayəsində orqanizmdə toplanmış toksinləri qısa müddətdə təmizləyərək şiş əmələ gəlməsinin qarşısını alır.

 

– Orqanizmin gündəlik ehtiyacı olan enerjini təmin edir. Bununla yanaşı, enerji təcrübəsi apararaq bədənin yenidən istifadə etməsini dəstəkləyir.

 

– Təbii ki, bir dəriyeniləmə dərmanıdır. Bütün dərinin deformasiyaya uğramasının qarşısını alaraq qırışı və qocalmanı gecikdirir. Uzaq Şərq qadınlarının bir çoxu hamar cildlərini çiy yumurtaya borcludur. Həmçinin qədim dövrlərdəki qadınlar da çiy yumurta içərək dəri sağlamlıqlarını qoruyurmuşlar.

 

– Bağırsaqlarda parazitlərlə yanaşı, böyrəkləri də təmizləyərək daş və qum yaranmasının qarşısını alır.

 

– İmmunitet sisteminin müqavimətini artıraraq xəstəliklərə qarşı orqanizmdə qalxan olur. İltihablı hüceyrələrin əmələ gəlməsinin qarşısını alır.

 

– Zülal baxımından zəngin olan yumurta sümük inkişafını dəstəkləyərək daha güclü bir skelet quruluşu təmin edir.

 

– Sinir damarlarının quruluşunu gücləndirərək vücud içi çatdırmanın daha sağlam olmasına köməkçi olur. Eyni zamanda beyin inkişafına də kömək edir.

 

Çiy yumurta olduqca dadsız olduğundan mədə bulandırır. Bu üzdən çiy yumurta yeyəndə bir bardaq süd ilə qarışdıra bilərsiniz. Bunun sayəsində təmin edəcəklərini iki qat təmin edir. Ancaq çiy yumurta allergik reaksiyaya səbəb ola bilər. Bu səbəbdən müfəssəl bir allergiya testi aparılaraq istifadə edilməlidir. Test sonrası allergiyası olmayan adam çiy yumurtanı nizamlı istifadə edir və bunu vərdiş halına gətirirsə, yuxarıda sayılan faydaları dərhal görür.

 

(Visited 1. 956 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir