Qara ciyəri sağlam saxlamağın təbii yolları

Qara ciyər xəstəliklərinin qarşısını almaqda bizə kömək edən üsullardan biri də bitkilərdir. Təbiət bu baxımdan tam bir şəfa qaynağıdır. Qara ciyərimiz sanki bədənimizin zavodu kimi orqanların ən böyüyü və ən çox çalışanıdır. Ona yaxşı baxılmaq isə öz əlimizdədir. Qara ciyərimizi sağlam saxlamağın təbii həlləri bunlardır.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, bədənimizin ən mühüm orqanlarından biri olan qara ciyərin yenilənməsində sağlam qidalanma böyük əhəmiyyət daşıyır. Toksinləri ataraq bərpa olunmağı təmin edən bəzi qidalar, qara ciyər sağlamlığına birbaşa təsir edir.

 

Çiy sarımsaq toksinləri atır

 

Ən yaxşı antioksidantlardan biri olan sarımsaq, qara ciyərin yenilənməsində olduqca əhəmiyyətli bir qidadır. Sarımsaq, qara ciyər maddələrini hərəkətə keçirərək toksinlərin bədəndən atılmasını təmin edir. Antioksidant, allicin və vitaminlər baxımından olduqca zəngindir. Sarımsağın tərkibindəki hidrogen-sulfid də qara ciyərin funksiyasına yardımçı olan maddələrin istehsal edilməsinə dəstək olur. Təbii bir antibiotik olan sarımsağın çiy yeyilməsi vacibdir.

 

Avokado – Amerika armudu qara ciyərin yağlanması ilə savaşır

 

Sağlıqlı yağ qəbulu üçün ən uyğun tərəvəz kimi tanınan Amerika armudu, xüsusilə ehtiva etdiyi Omega 6 ilə qara ciyər yenilənməsini təmin edir və hüceyrələrin toparlanmasına yardımçı olur. Amerika armudu, adətən salatlarda və ya limon sıxaraq birbaşa istifadə edilir. Gündə bir dənədən çox da istehlak edilməməsi təklif edilir. Bədəni sağlam yağla təmin edən, eyni zamanda da toplanan zərərli yağ turşularını yox edən Amerika armudu qara ciyər yağlanmasına qarşı əhəmiyyətli bir qidadır.

 

Həm üzüm, həm də çəyirdəyi qara ciyər üçün faydalıdır

 

Sağlam qara ciyər üçün əvəzolunmaz bir digər qida də üzümdür. Üzümün həm özü, həm də çəyirdəyi qara ciyər sağlamlığı üçün əhəmiyyətlidir. Aparılan bir çox araşdırma üzüm çəyirdəyinin qara ciyər dağıntıları üzərində müsbət nəticələr verdiyini göstərir. Bədəni toksinlərdən təmizləmə kimi həyati bir vəzifə olan qara ciyərin də özünü təmizləməsi üçün üzümlə mütləq qidalanmanın planınızda yer alması lazımdır.

 

Zəncirotu qara ciyərin dostudur

 

Zəncirotunun yarpaqları qarara ciyərin dostudur və qara ciyərə qoruyucu təsiri var. Salat içində, ya da çayı hazırlanaraq istifadə edilir. Vitamin baxımından zəngin zəncirotu  natrium, kalium və kalsiumdan ibarətdir. Qara ciyərdə meydana gələn problemlər üzərində təsirlidir və qaraciyər funksiyalarını dəstəkləyən təsirləri var. Həmçinin həzmi də asanlaşdırır. Sağlam qara ciyər və qara ciyər xəstəliklərinin qarşısının alınması üçün mütləq edilməlidir.

 

Qara ciyərin funksiyasını yaxşılaşdırır

 

Zəncirotu kökü qara ciyəri qoruması ilə tanınır. Bu, sadəcə, qara ciyər funksiyalarını optimallaşdırmağa yardımçı olduğu üçün deyil, eyni zamanda enflamatuvar problemləri aldığı və öd axınını təşkil etdiyi üçündür. Antioksidantları, toxumalarda saxlanılan toksinləri uzaqlaşdırmağa yardımçı olur. Bundan başqa, yağlı qara ciyər kimi narahatlıqların qarşısını alır. Həftədə ən az 3 dəfə çay kimi işlətmək idealdır.

 

Brüssel kələmi qara ciyəri təmizləyir

 

Qara ciyərin təmizlənməsi üçün təsirli qidalardan biri Brüssel kələmidir. Brüssel kələmi qaraciyəri yeniləyir və zərərli olan toksinlərin atılmasına yardımçı olur. Hidrogen-sulfid tərkibli birləşmələri ilə qara ciyəri bəladan qoruyur və həddindən artıq hormon və toksinləri xaricetmə funksiyalarını dəstəkləyir.

 

(Visited 322 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir