Bir çox məşhur gözəlliyini bu meyvəyə borcludur

Havaların soyuduğu, qrip və soyuqdəymənin artdığı bu günlərdə immunitet sisteminin güclənməsi üçün itburnu meyvəsi, suyu, marmeladı və ya çayının istifadə edilməsi məsləhətdir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, təbii yetişdiyi üçün ən saf meyvələrdən biri sayılan və 100 qramında bir neçə portağala bərabər  C vitamini olan itburnudan istifadə qış aylarında artır. Mütəxəssislərin fikrincə, itburnu meyvəsi C vitamini anbarıdır: 100 qram itburnuda xeyli portağala bərabər C vitamini var. Eyni zamanda, şişin qarşısını alan xüsusiyyəti də var.

 

İtburnu meyvəsinin C vitamini baxımından zəngin olduğu üçün qış aylarında daha çox istifadəsi təklif edilir. Tərkibindəki C vitamini sayəsində qrip infeksiyalarına, göy öskürəyə, soyuqdəyməyə yaxşı təsir etdiyi sübut olunub.

 

Həmçinin itburnu meyvəsinin çəkirdəyi kosmetika hazırlanmasında istifadə olunur. Dəriyə yaxşı təsir etdiyi bildirilir. İtburnu antioksidant xüsusiyyətinə görə xərçəngə qarşı da yaxşı təsir edə bilir.

 

C vitamini baxımından zəngin olması səbəbindən soyuqdəyməyə qarşı immunitet sistemini gücləndirir, qüvvətli antioksidant təsiri göstərir, ümumi müqaviməti artıraraq qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı dözümlülüyü təmin edir.

 

Oynaq daşlaşması və revmatizm ağrılarının aradan qaldırılmasında də son dərəcə təsirlidir. Zəngin dəmir daşıdığı üçün anemiyaya qarşı da faydalıdır.

 

Dərinin elastikliyini qorumasına köməkçi kimi qocalmağı önləyici təsiri var. Bu səbəbdən bir çox məşhur gözəlliyini və cavanlığını qorumaq üçün bu meyvədən istifadə edir.

(Visited 57 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir