Gənəgərçək yağı saç tökülməsinin qarşısını almaq üçün effektli vasitədir.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, 50 qram yağı bir neçə damcı limon şirəsi ilə qarışdırıb bir qaba tökün və suyu qaynamış çaynikin qapağının üstünə qoyun.
İsti qarışığı başınızın dərisinə pambıq tamponla sürtün. Sonra başınızı polietilenlə sarıyıb yaylıq bağlayın.
Yağlı hamamı iki saat saxlayın, bundan sonra şampunla bir neçə dəfə yuyun, saçlarınızı duru su ilə yaxalamağı da unutmayın.
Onsuz da keçinmək olar: suya alma sirkəsi əlavə edin (bir litr suya bir xörək qaşığı), yaxud bir neçə damcı limon şirəsi də əlavə edə bilərsiniz.
Bu vasitə kəpəkdən əziyyət çəkənlərə də kömək edəcək.