Dərinizdəki 9 problem dəhşətli xəstəliklərin xəbərçisidir – XƏBƏRDARLIQ

Yelski tibb məktəbinin dermatoloqu, həkim Ketlin Suottsi dəri qatında meydana çıxan problemlərin ağır xəstəlik əlaməti adlandırıb.

 

Medpress.az xarici mətbuata istinadən bu 9 əlamətin nədən ibarət olduğunu təqdim edir:

 

1. Günəşə qarşı həssaslıq qurdeşənəyi əlamətlərindən biridir – bu vəziyyətdə immun sistemi insan orqanına hücum edir.

 

Qurdeşənəyi, ətrafı qızarıqlıqla ilə çevrili, ortası ağımtıl, böyüklüyü bir neçə millimetrdən bir neçə santimetrə qədər dəyişən, müxtəlif şəkillərdə ola bilən, qaşıntılı şişli vallardır. Xalq arasında “qurdeşənəyi” və ya “dabaz” olaraq adlandırılar.

 

2. Davamlı qaşınma ən pis halda Hodgkin limfoma əlaməti ola bilər – bu limfoma toxumasının çox qorxulu xəstəliyidir.

 

Bu xəstəliyə 15-35 və 50-70 yaşında insanlar arasında daha çox rast gəlinir. Hodgkin limfoması Avropa və Şimali Amerikada daha geniş yayılıb.

 

3. Əgər dərinin bəzi bölgələri daha qalın və qara hala gəlibsə (daha çox boyunda) ilk növbədə diabet təhlükəsinin yoxlanılması lazımdır.

 

4. Əgər dərinizin bəzi yerləri daha isti və yağlı, yaxud, əksinə, soyuq və quru olursa, qalxanvari vəzin xərçənginin olmasına diqqət verilməsi vacibdir.

 

5. Saçın tökülməsi, yaxud nazikləşməsi qalxanvari vəzin funksiyasının pozulması göstəricisi ola bilər.

 

6. Dərinin qaralması Addison xəstəliyinin əlamətlərindən biridir, bu zaman böyrəküstü vəzi kifayət qədər hormon istehsal etmir.

 

7. Dəri altındakı qırmızımtıl şişlər bağırsaq iltihabı xəstəliyinin göstəricisidir (Kron xəstəliyi, yaxud kolit yarası).

 

8. Ovucun arxa tərəfindəki səpkilər dermatomiyozit əlamətidir, otoimmün xəstəliyidir, əzələ zəifliyinə səbəb ola bilər.

 

9. Kürəkdə stress hormonu kortizolün həddindən artıq olması səbəbindən yağlı toxumanın yığılması, kiçik bir donqar baş verə bilər.

 

 

(Visited 449 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir