Azərbaycanda 31 ton kişmişdə təhlükəli bakteriya aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Özbəkistandan idxal edilən 31 ton quru üzümü ekspertizaya cəlb edib.

 

Medrpress.az-a AQTA-dan verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülən nümunələrdə kif maya göbələyi aşkar edilib. AQTA mütəxəssisləri sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsini tövsiyə ediblər.

 

 

Bundan sonra  məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

 

 

Kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.

 

 

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir