İspanağı belə yeməyin – MƏSLƏHƏT

İspanağın faydaları saymaqla bitmir. Bütün mütəxəssislər qışda yeməklərimizdən əskik etməyimizi söyləyir, ancaq yeni bir araşdırmaya görə ispanağı səhv yeyirik.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, İsveçin Linköping Universitetinin mütəxəssisləri, ispanağın ən sağlam halını tapmaq üçün müxtəlif üsullarla bişirərək test edib. Tədqiqatda əldə edilən nəticəyə görə, ispanağı bişirəndə tərkibindəki antioksidantlar ölür. Bu səbəbdən ispanağın ən sağlam tərkibi çiy vəziyyətdə olur.

 

İspanaqdakı lütein səviyyəsini mütəmadi olaraq ölçən elm insanları, bişəndə lütein səviyyəsinin düşdüyü nəticəsinə gəliblər. Lüteinin ürək böhranı riskini azaltdığı və gözləri qoruduğu məlumdur.

 

Digər tərəfdən, məlum olanın əksinə ispanağı qatıq və ya südlə birgə istifadə etmək də vitamini öldürmür, lütein artımına yardımçı olur.

 

Tədqiqatçılardan doktor Rosanna Chung, “Ən yaxşısı ispanağın heç istiliklə təmas etməməsidir. Hətta daha da yaxşısı ispanağı kokteyl kimi edib süd və süd məhsulları ilə qarışdıraraq istifadə etməkdir. İspanaq kiçik parçalara kəsiləndə yarpaqlarından daha çox lütein bayıra çıxır və yağ, lüteinin azalacağını artırır”, – açıqlamasını edib.

 

 

 

(Visited 51 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir