Öskürəyi anında kəsən qara turp və bal

Qara turp və bal son zamanlar öskürək və qrip kimi bir çox sağlamlıq problemində istifadə edilən alternativ tibb üsulları arasında yer alır. Bəs, “nə işə yarayır bu qara turp və bal” sualına cavab soruşursunuzsa, bir azdan öyrənəcəksiniz. Qara turp və bal necə hazırlanır, qara turp və bal nə işə yarayır, qara turp və bal ac qarnına içilə bilərmi” suallarına verilən cavablar bunlardır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, qara turp və bal alternativ təbabətdə öskürək, bronxit və digər tənəffüs sistemi xəstəlikləri üçün təbii bir çarə olaraq istifadə edilmişdir. Bu qeyri-adi öskürək siropu xoş bir dada  malikdir və hazırlanması çox asandır. Çox sağlam, amma yenə də masalarımızda o qədər də görünməyən bu dəyərli tərəvəzi istifadə etməyin bütün yollarını öyrənmək üçün oxumağa davam edin.

 

Qara turpun faydaları

 

Qara turp Asiyadan gəldiyi və ən erkən əkilən ərzaqlardan biri olduğuna inanılır. Qədim misirlilər tərəfindən turpun toxumları yağ istehsalı üçün istifadə edilərmiş. Qara turpun hər zaman qırmızıya nisbətən daha sağlıqlı olduğu söylənilir. C vitamini baxımından qara turp portağal və digər meyvələrdən daha üstündür.

 

C vitamini çatışmazlığı olanlara turp istifadə edilməsi ciddi tövsiyə edilir. Xüsusilə qışda qara turpun içərisinə bal qoyaraq yemək həm xəstəliklərin aradan qaldırılmasına yardımçı olur, həm də immunitet sistemini sürətli bir şəkildə gücləndirir. C vitamini qış ayları üçün olduqca əhəmiyyətli bir vitamin növüdür. Bu vitamin qış aylarında xüsusilə əhəmiyyətlidir, çünki qripin və soyuqdəymənin qarşısının alınmasında inanılmaz dərəcədə fayda verir.

 

Qara turp və bal sağlamlıq baxımından müxtəlif faydalar verməkdədir. Qara turp və balın necə hazırlandığını izah etmədən əvvəl ilk olaraq faydalarından bəhs etməyimizdə fayda var.

 

Qara turp və balın faydaları

 

1. Tərkibidəki yüksək miqdarda antioksidanta görə qan damarlarını zədədən qoruyur, iflic riskini azaldır.

 

2. Nizamsız ürək döyüntüləri, yorğunluq və əzələ ağrılarının düzəlməsinə yardımçı olur.

 

3. Qəbizliyin qarşısını alaraq həzm sistemini asanlaşdırır.

 

4. Tər atmağımızı təmin edərək toksinlərin sürətli bir şəkildə atılmasını təmin edir.

 

5. Öskürəyin kəsilməsinə kömək edir. Bronxiti sürətli bir şəkildə keçirir, bəlğəm gətirən xüsusiyyəti var.

 

Qara turpla bal necə hazırlanır?

 

1. Qara turp və balı hazırlaması olduqca asandır.

 

2. Əvvəlcə turpu yuyun.

 

3. Qara turpun təpəsini kəsin və kiçik bir dəlik yaradın.

 

4. Daha sonra içərisinə bir miqdar bal əlavə edib, turpu stəkanın üzərinə yerləşdirin. Çünki turpun altından sızıntı olacaqdır və siz o sızıntı şəklində stəkanın içərisinə axan mayeni içəcəksiniz.

 

5. Bu proses üçün 12 saat gözləməniz lazımdır. 12 saatın sonunda stəkana axan mayeni istifadə etməyə başlaya bilərsiniz.

 

Qara turp necə sərf edilir?

 

Qara turp və balı yeməklərdən əvvəl 2 və ya 3 qaşıq götürərək sərf etməyiniz lazımdır. Öskürək üçün qara turp və balı istifadə etdikdə ertəsi səhər öskürəyin kəsilmiş olduğunu və bronxlarınızın açılmış olduğunu fərq etsəniz təəccüblənməyin.

 

Keçmiş olsun…

 

Qara turpu haradan almaq olar?

 

Qara turp, yaşıl bazar və təzə meyvə və tərəvəz satan mağazalardan almaq olar. Ancaq qara turpun təzə olması vacibdir, buna görə etibarlı bir satıcıdan almağı təklif edirik.

 

(Visited 196 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir