Dünyada ikinci xəstə SPİD-dən müalicə olundu

Dünyada xəstənin HİV-dən müalicə olunması ilə bağlı ikinci hadisə qeydə alınıb. Adı açıqlanmayan “londonlu xəstə”də donor sümük iliyinin transplantasiyası aparılıb. Donor CCR5 adlanan mutasiyalı insandır, bunun sayəsində onun orqanizmi HİV üçün əlçatmaz olub.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, sümük iliyinin transplantasiyası 2016-cı ilin may ayında həyata keçirilib, üstündən ilyarım ötəndən sonra, 2017-ci ilin sentyabrında xəstə antiretrovirus dərmanları qəbul etməyi dayandırıb. Qeyd edilir ki, onun orqanizmində yoluxan hüceyrələr aşkarlanmayıb, bu da HİV-in tam müalicəsini göstərir.

 

HİV-dən ilk adam 12 il əvvəl müalicə olunub. Bu, “berlinli xəstə” Timoti Rey Braun idi. “London xəstəsi” kimi ona da sümük iliyi transplantasiya olunub.

 

(Visited 107 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir