10 il komada olan qadın hamilə qalıb

ABŞ-ın Feniks şəhərinin polis və həkimləri 10 ildən çox komada olan və hamilə qalan, sonra uşaq doğan qadınla bağlı hadisəni araşdırır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, uşaq dekabrın 29-da doğulub, bu haqda məlumat isə yaxın günlərdə məlum oub.

 

Həm tibbi personal, həm də polislər əmindirlər ki, qadın klinikada zorlanıb. İndi kişi həkimlər xəstənin yanına yalnız digər qadın həkimlərin iştirakı ilə girə bilərlər.

 

Bundan əlavə, doğulan körpənin tamamilə sağlam olduğu bildirilir.

 

Məlumata görə, insident Arizona ştatının paytaxtındakı Hacienda ixtisaslaşdırılmış tibbi yardım klinikasında baş verib. Qadın xəstəxanaya ən azı 10 il əvvəl yerləşdirilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir