Ailənin varlı olması uşağın beyninin inkişafına təsir edir

Çoxdan müşahidə etmişik ki, uşağın iradəliliyi və ruh sağlamlılığı valideynlərinin təhsil, vəzifə və ümumi rifah halının səviyyəsindən xeyli dərəcədə asılıdır. Ancaq yalnız indi alimlər müəyyən edə biliblər ki, bu beyinin səviyyəsinə də təsir göstərir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu kəşf ABŞ-ın Milli psixoloji sağlamlıq  institutunun  əməkdaşlarına məxsusdur. Onlar uzun zaman maqnit-rezonans tomoqrafiyasının köməyi ilə 5 yaşdan 25 yaşadək olan 600 nəfərdən çox insanın beyninin inkişafını öyrəniblər.

 

Şəkillər bu uşaqların valideynlərinin sosial-iqtisadi statusu barədə məlumatlarla müntəzəm müqayisə edilib. Maraqlı qanunauyğunluq məlum olub: təhsil, dil və emosiyaları ilə bağlı beyin strukturunun həcmi və IQ göstəriciləri daha yüksək olan sınanların valideynlərinin yaxşı təhsili olub və karyera qurmağa macal tapıblar.

 

Alimlərin sözlərinə görə, bunu nəzərə alan valideynlər uşaqlarının beyninin daha yaxşı inkişafı naminə özlərinin sosial statusunun yaxşılaşdırılmasına daha maraqlı olacaqlar.

 

 

(Visited 54 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir