Azərbaycanda yeni doğulan daha iki uşaq öldü

Azərbaycanda daha iki yeni doğulan körpə ölümü qeydə alınıb.

 

Medpress.az ona-yaistinadən xəbər verir ki, hadisələrdən biri Sumqayıt şəhərindəki  2 saylı Doğum evində baş verib. 21 yaşlı İradə Rəfizadənin dünyaya gətirdiyi oğlan uşağı doğuş zamanı ölüb. Ananın yaxınları körpənin ölümündə həkimləri günahlandırır. Meyit müayinə olunmaq üçün Bakıya tibbi ekspertizaya göndərilib.

 

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdir əvəzi Səkinə Sadıxova faktı təsdiqləyib: “Ötən gecə 2 saylı Doğum evində belə bir hadisə baş verib. Həkim Təranə Əzizovanın iştirakı ilə doğuş həyata keçirilib. Uşağın nəşi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra ətraflı məlumat veriləcək. Hazırda körpənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil”

 

İkinci hadisə Bərdə rayonunda baş verib. Rrayonun Nazırlı kənd sakini, 21 yaşlı Günay Babayeva aprelin 16-da vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə doğum evinə daxil olub. Ana iki əkiz qız uşağı dünyaya gətirib. Əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb.

 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

 

 

 

 

 

(Visited 93 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir