Aztəminatlı ailələrə ayrılan birdəfəlik yardım ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

 

Medpress.az-a bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd edək ki, bu proses Azərbaycan prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncamının icrası olaraq həyata keçirilib.

 

Birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.

 

Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla, dövlət başçısının həmin ailələrə növbəti qayğısıdır. Sərəncama əsasən, bu məqsədlə Azərbaycanın 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir