Pensiyaların sığorta hissəsi indeksləşdirilir – SƏRƏNCAM

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Medpress.az bildirir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsində müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

 

Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə həvalə edilib.

 

(Visited 42 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir