2018-ci ilin oktyabr ayından bu il yanvarın 20-dək Fransada 1100 insan qripdən ölüb.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Fransanın Milli Səhiyyə Agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, son həftədə qrip şübhəsi ilə səhiyyə müəssisələrinə müraciət edənlərin sayı 12 mindən çox olub.
Onların 2 minə qədəri xəstəxanalara yerləşdirilib.