Həkimlər təzyiqi aşağı salan sadə üsul tapdı

Gündüz yuxusu yüksək qan təzyiqi ilə mübarizəyə kömək edir. Bunu Amerika kardiologiya kolecinin rəhbərliyi altında beynəlxalq araşdırmaçılar qrupu müəyyənləşdirib.

 

Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, günorta vaxtı ən azı bir saat yuxulamaq duzdan, yaxud alkoqoldan imtinadakı kimi qan təzyiqinə müsbət təsir göstərə bilər. Bunu yunanıstanlı kardioloq və araşdırmanın həmmüəllifi Manolis Kallistratos bəyan edib.

 

Təzyiqin aşağı düşməsi orta hesabla 5 mm civə sütunu baş verir. Müqayisə üçün antihipertansif vasitə təzyiqi orta hesabla 5-7 mm civə sütunu aşağı salır.

 

Həkimlər qeyd edirlər ki, hətta 2 mm aşağı düşmə ürək-damar xəstəlikləri və tutmaların riskini aşağı sala bilər. Araşdırmada orta qan təzyiqi 129,9 mm rt.st olan 212 insan iştirak edib. Onların orta yaşları 62 olub, yarıdan çoxunu qadınlar təşkil edib. Təxminən dörd iştirakçıdan biri siqaret çəkib, yaxud  2-ci növ diabet olub.

 

Araşdırmaçılar iştirakçıların 24 saat ərzində iştirakçıların arterial təzyiqlərini qeydə alıb və qiymətləndiriblər, günorta yuxulamaq müddətini, həyat tərzi haqda (məsələn, alkoqol, kofe və duz qəbulu, fiziki fəallığın səviyyəsini) məlumatları, nəbzin sürəti və arteriyaların vəziyyətini öyrəniblər. İştirakçılar, həmçinin exikardioqrammadan da keçiblər.

 

Ümumilikdə, sutkada orta sistolik arterial təzyiq günorta yatanlarda bunu etməyənlərlə müqayisədə 5,3 mm rt,st.dan aşağı olub (127,6 – 132,9-a qarşı).

 

(Visited 349 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir