Yalançı hamiləlik qadının həyatını xilas etdi

36 yaşlı Sirin Stil Avstraliyanın Melburn şəhər sakinidir. Qadın daxilində anlaşılmaz tərpəniş hiss edəndə qərara gəlib ki, yenidən hamilədir. Sirin son zamanlar qarnında nəyinsə ona əzab verdiyini və daima özünü ac hiss etdiyini, tez-tez ayaqyoluna getmək istədiyini yadına salıb.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, qadın növbəti gün həkimin kabinetində olub və hamiləlik kimi qəbul etdiyi ona əzab verən narahatlığın nə olduğunu biləndə dəhşətə gəlib. UZİ-də yumurtalığında qovun həcmində böyük şiş olması aşkarlanıb. Dəhşətli diaqnozu kompüter tomoqrafiyası və qan analizi də təsdiqləyib.

 

Bir həftə sonra Sirini əməliyyat ediblər, bu müddətdə şiş 5 santimetr də böyüyüb. Biopsiya göstərib ki, bu çox nadir və xərçəngin ən aqressiv forması olub. Dəhşətli xəstəliyin bu forması ilə yumurtalığındakı xərçəngdən əziyyət çəkən qadınların 4 faizindən azında rast gəlinir.

 

“Adətən, məndə güclü bir fantaziya olur. Ancaq bunun xərçəng olduğunu öyrənəndə, dünya başıma fırlandı. Mən hər şeyi qara rəngdə gördüm. Mən sabahkı gün haqda düşünə bilmirdim və sadəcə ölüm haqda düşünməkdə davam etdim. Mən həmçinin düşünürdüm ki, ərim mənsiz nə edəcək və uşaqlarım anasaız necə böyüyəcəklər”, – Sirin o günləri belə xatırlayır.

 

Bir müddət sonra Stilə daha bir əməliyyat ediblər. Bu dəfə bütün şiş izlərini götürmək və metostaz olmadığına əminlik üçün buna ehtiyac yaranıb. Bundam sonra 4 ay boyunca kimya terapiyadan keçmək lazım olub. Bunun sayəsində dəhşətli xəstəliyə qalib gəlindiyinə inam yaranıb.

 

Qadın hesab edir ki, onu vaxtında həkim yanına getməsi xilas edib: “Xərçəngə, o dördüncü mərhələyə çatana qədər diaqnoz qoymaq çətindir və onda da çox gec olur”.

 

(Visited 173 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir