Azərbaycanda yanvar ayında 23 dərəcə şaxta gözlənilir – PROQNOZ

Azərbaycanda yanvar ayına olan hava proqnozu açıqlanıb.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvar ayında havanın orta aylıq hərarətinin qeyri-bərabər paylanması gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

 

Yanvar ayının ilk günlərində mülayim,əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.

 

Bakıda və Abşeron yarımadasında orta aylıq hərarətin 3-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında orta aylıq hərarətin 0-2 dərəcə şaxta, (gecələr 3-8, bəzi günlərində 11-16 dərəcə şaxta, dağlarda 18-23 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı gözlənilir.

 

Yuxarı Qarabağda – Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq hərarətin 1-3 dərəcə şaxta (gecələr 2-7 dərəcə şaxta, bəzi günlərində 10-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 16-24 mm) olacağı gözlənilir.

 

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq hərarətin 1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan-3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq hərarətin 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı gözlənilir.

 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq hərarətin 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq hərarətin 2-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.    

 

(Visited 52 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir