Xəstə uşaq üçün yığılan pul oğurlandı – BAKIDA

Leykozdan əziyyət çəkən Aylinin müalicəsi üçün yığılan pullar bank hesabından oğurlanıb.

 

Medpress.az open.az-a istinadən bildirir ki, bu barədə ailənin yaxınları məlumat verib.

 

Məlumatda bildirilib ki, Aylinin müalicəsinə dəstək üçün hesab açılıb və müğyyən miqdarda pul toplanıb: “Yanvarın 1 -i uşağın vəziyyəti qəfildən pisləşdi. Dünən gecə də Moskvadan azərbaycanlı bir şəxs, özünü “hacı” kimi təqdim edib, kart və hesab nömrəsini istəyib. Deyib ki, uşağı xaricə aparmaq üçün hesaba 50 min manat pul köçürəcək. Ailə səhər kartdan pulu götürmək üçün gedəndə acı bir sürprizlə rastlaşıb. Hesab boş olub. Aylardır nə əziyyətlə yığılan pul, ailənin tək ümid yeri, onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən şəxsin nömrəsi (+79852706090) budur. Banka müraciət olunub, deyiblər ki, pul hansısa oyunlar üçün köçürülüb”.

 

Qeyd edək ki, ötən il dekabrın 18-i əzələ əriməsi xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, iki yaşlı Nərgiz Məmmədovanın müalicəsi üçün yığılan pullar da oğurlanmışdı.

 

(Visited 143 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir