Azərbaycanda bir ildə 117 üçəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 2018-ci ildə 138982 nəfər doğulan körpə qeydə alınıb.

 

Medpress.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

 

Ötən il ölkədə 57250 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 5,8 təşkil edib.

 

 

 

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir