O ölkədə istilər 42 dərəcəyə qədər yüksəldi

Avstraliyada hava istiliyində ciddi artım baş verib. Qitənin ən böyük ikinci şəhəri Melburnda termometrlər 42 dərəcəni göstərir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Avstraliyada yeni illə yanaşı, hava istiliyində da ciddi artım baş verib. Qitənin ən böyük ikinci şəhəri Melburnda termometrlər 42 dərəcəni göstərib. Şəhərin şimal hissələrində isə dünən günorta saatlarında temperatur 43 dərəcə olub.

 

İsti havanın təsiri ilə şəhəri boşaldan xalq nəfəs almaq üçün çimərliklərə üz tutub. Uzun çimərlikləri ilə məşhur Melburnda canlarını istidən qurtaranların əlindən tərpənmək olmur. Sərnişinlər üçün nəqliyyatın pulsuz olduğu ilin ən isti günündə helikopterlə boğulma hadisələrinə və köpək balıqlarının hücumundan qoruma ilə bağlı ciddi tədbirlər görülüb.

 

(Visited 58 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir