Altı saatdan az yatmaq infarkt və iflic riskini artırır – XƏBƏRDARLIQ

Sutkada altı saatdan az yatmaq ürək-damar xəstəlikləri riskini artırır.  Bunu İspaniya alimlərinin araşdırması göstərir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, eksperiment çərçivəsində 3974 bank işçisi bir həftə ərzində fəallıq trekeri (ötürücülər) daşıyıblar, eləcə də USİ-dən keçiblər və ürəklərinin kardioqramması çıxarılıb. Sınananların orta yaşı 47 olub: araşdırma iştirakçılarının əksəriyyəti hər gün fiziki fəallığa təxminən 45 dəqiqə ayırıb.

 

Sutkada 6 saatdan az yatan könüllülərin 27 faizində yatmağa 7-8 saat ayıranlardan fərqli olaraq tez-tez ateroskleroz müəyyənləşdirilib. Maraqlıdır ki, minimum yatmaq həvəskarları daha yaşlılar, artıq çəkili, xolesterin səviyyəsi və qan təzyiqi daha yüksək olanlardır.

 

Yuxu qıtlığında 10 illik və 30 illik perspektivdə infarkt, yaxud iflic riski müvafiq olaraq 6,9 və 20, 9 faiz təşkil edib. Normal rejimlə yatanlarda isə bu göstərici 5,9 və 17, 7 faiz olub.

 

Onu daq qeyd etmək lazımdır ki, təkcə yuxu çatışmazlığı yox, həddindən artıq yatmaq da ziyandır. Təcrübəyə cəlb olunanlar arsında sutkada 8 saatdan çox yatanlarda (xüsusilə qadınlar) da yüksək ürək xəstəliyi riskinin inkişafı müəyyən edilib.

 

(Visited 60 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir