Qış aylarının vitamin mənbəyi olan heyva həm də sağlamlıq mənbəyidir. Medpress.az xarici mediaya istinadən tərkibində A, C və B qrupu vitaminləri (folat), eləcə də kalsium, dəmir, fosfor, mis, kalium, selen, sink və maqnezium kimi minerallar olan heyvanın faydalarını sadalayırlar:
Mədənin dostudur: Güclü antioksidantlara daxildir. Qabığı xoraya yaxşı təsir edir. Heyva və balı qarışdırıb yeyəndə qəbzliyi götürür. Ürək bulanması və qusmanın qarşısını alır.
Xərçəngin düşmənidir: Daşıdığı komponentlərlə yoğun bağırsaq xərçəngindən qoruyur.
Qripdən qoruyur: Antıvirus təsir göstərən heyva immuniteti gücləndirir. Astma və tənəffüs yolu xəstəliklərindən qoruyur.
Ürəyin dərmanıdır: Xolesterini və təzyiqi aşağı salır.
Arıqladır: Yüksək lif məzmununa malik heyva adamı tox saxlayır.