Ultra-işlənmiş məhsullar erkən ölüm riskini artırır. Bu haqda fransalı alimlərin araşdırmasında qeyd edilir.
Medpress.az-ın xarici mətbuaya istinadən verdiyi xəbərə görə, epidemioloji qidalanma üzrə EREN araşdırma qrupu 2009-cu ilin əvvəlindən başlanan 44551 nəfərin iştirakçısı olduğu NutriNet-Santé böyük araşdırmasının nəticələrini təhlil edib. Sınaqdan keçənlər 45 yaşdan yuxarı olublar, onların 73 faizini qadınlar təşkil edib. Könüllülər altı aydan bir özlərinin sutkalıq rasionları haqda ətraflı məlumat verməli olublar.
Yeddi ildən sonra sınaqa cəlb olunanların 602 nəfəri ölüb, 219 nəfərin ölümünə xərçəng, 34-nün ölümünə ürək-damar xəstəliyi səbəb olub. Alimlər belə nəticəyə gəıiblər ki, rasionda cəmisi 10 faiz ultra-işlənmiş ərzaq payının artırılması erkən ölüm riskini 14 faiz artırır.
Bu qidalara şirin içkilər, müxtəlif yarımfabrikatlar və işlənmiş ət də daxildir.