Bu ölkədə hər 10 dəqiqəyə bir uşaq ölür

Yəməndə hava zərbələri nəticəsində, xəstəlikdən, yaxud qida çatışmazlığından hər 10 dəqiqədə bir uşaq ölür. Medpress.az bildirir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) məruzəsində qeyd edilir.

 

 

 

Məruzədə 2015-ci ilin mart ayından havadan endirilən zərbə nəticəsində Yəməndə 6 700-dən çox uşağın və yaşları 18-dən az olan yeniyetmələrin ölməsi, yaxud ağır yaralanması ilə də bağlı dəqiq məlumat olduğu bildirilir.

 

Təşkilatdan verilən məlumata görə, Yəmənin, ümumilikdə 22 milyondan çox sakininin humanitar yardıma ehtiyacı var, onların yarısı uşaqlardır.

 

UNİCEF-in Yaxın Şərq və Şimali Afrika şöbəsinin rəhbəri Qirt Kappelere qeyd edib ki, Yəməndə hər gecə 7 milyon uşaq ac yatır. Qida çatışmazlığından əziyyət çəkən 400 min uşaq isə hər dəqiqə ölmək təhlükəsi ilə üz-üzədir.

 

(Visited 82 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir