Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev özəl səhiyyə müəssisələri ilə bağlı təkliflə çıxış edib.
Medpress.az bildirir ki, parlamentin bugünkü iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat deyib ki, özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır.
“Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bəzi dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”, – sədr müavini vurğulayıb.