Kişinin arvadbaz olduğunu göstərən 3 əlamət: Qadınlar oxusunlar

Arvadbazı tanımaq üçün sizə əvvəlcə kimlərin arvadbaz olduğunu bilməyiniz lazımdır.  Sadə dillə desək, bu söz hər hansı öhdəlik, əlaqə və nəticə olmadan seksual münasibətlər axtaran kişilər üçün istifadə olunur.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, arvadbaz sizi yatağa uzatmaq üçün hər uydurduğu fırıldaqdan istifadə edəcək. Siz onu diqqətdən buraxan kimi, o, arxanızdan yenə həmin şeyi başqası ilə edəcək.

 

Maskalanmaq ustası

 

Arvadbaz təbiətən monoqam münasibətləri saxlamağa qadir deyil. Onun mənliyi o qədər şişirdilib ki, bir qadına sadiq qalmaqla özünü aciz hiss edərdi. O əmindir ki, belə kişinin lazım olduğu qızları var.

 

O, cazibədar, əxlaqsız görünəcək və ilk baxışda sizi dizlərinizin titrəməsinə məcbur edəcək. O, sizin onun toruna düşməyiniz üçün yaltaqlanacaq, komplimentlər söyləyəcək. Hisslərinizlə özünüzü aldatmayın, çünki o, manipulyasiya edir, siz isə onun əlinə oynayırsınız.

 

Arvadbazın müəyyənləşdirilməsi

 

Bir neçə söz var ki, sizdən belə insanı təsvir etmək istəniləndə dərhal ağıla gəlir. Yaraşıqlı, diqqətli, sirli, gözəl – belə kişini bu sözlərlə təsvir etmək olar.

 

“Arvadbaz” sözü ümumi bir termindir. Ən geniş yayılmış arvadbaz tipi alfa-erkəkdir: sizin bu insanı hansı vəziyyətdə qarşılamağınızın fərqi yoxdur.  O, həmişə fikirləşir ki, kişilər ona həsəd aparsınlar və qadınlar gözlərini ondan çəkməsinlər. O, özünü kral kimi hiss edir və sizə də kraliça kimi yanaşa bilər, ancaq bir neçə görüşdən sonra siz onun üçün kraliçadan balqabağa dönə bilərsiniz. Sizə ilk növbədə xəbərdarlıq olmalıdır ki, bu onun həddən artıq lovğalığıdır.

 

Aşkarlanma

 

Əgər arvadbazla münasibətə çəkildiyinizi hiss edirsinizsə, diqqət yetirməli olduğunuz bir sıra əlamətlər var. Qadınlar çox vaxt anlamırlar ki, belə münasibətlər prosesinə cəlb edilmiş olurlar. Arvadbazın əlamətlərini nə qədər gec deyil, ən başlanğıcdan bilmək lazımdır.

 

Nəvazişli adlar. Seriya arvadbaz sizi müxtəlif nəvazişli adlarla çağıracaq, məsələn, “dovşan”, yaxud “pişik”. O bu adlardan ona görə istifadə edəcək ki, sizi başqa adlarla çağırmasın. Yadda saxlayın, əgər kişi sizi belə nəvazişli adlarla çağırırsa, bu həmişə o demək deyil ki, o arvadbazdır.

 

Mobil telefon. Arvadbazlar münasibətlərdə həmişə öz mobil telefonlarını qoruyacaqlar. Hətta əgər heç vaxt sizin ağlınıza gəlməyibsə, əgər cəhd edib bunu etsəydiniz belə, onun telefonunda heç bir məlumat aşkar etməzdiniz. Onlar həmişə öz telefonlarındakı şübhəli informaliyaları təmizləyirlər, çünki əks halda bununla onların əsl niyyəti aşkarlana bilər.

 

Şöhrətpərəstlik. Arvadbazların hamısı öz yolunda şöhrətpərəstdirlər. Düşünürlər ki, dünya onların ətrafında fırlanmalıdır, amma şişirdilmiş mənliyi onları inanmağa məcbur edir ki, qadınlara qarşı belə münasibət normaldır. Onlar xarici görünüşlərinin qayğısına çox qalır, bir qayda olaraq onlar yaraşıqlı və yaxşı baxılandırlar.

 

Öz duyğularına inan

 

Söhbət sizin münasibətdən gedirsə, öz duyğularınıza əmin olmağınız vacibdir. Çünki qadın intuisiyası, bir qayda olaraq, onları aldatmır. Artıq bir neçə nəslin kişilərinin qadınlara qarşı münasibəti belədir. Sizin nə düşünməyinizdən asılı olmayaraq, əgər kişi özü dəyişmək istəmirsə, onda yaxşı qadının heç bir sevgisi onu heç vaxt dəyişməyəcək.

 

(Visited 1. 806 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir