Müğənni Emin Ağalarov və həyat yoldaşı Alyona Qavrilova yeni doğulan qızlarına Afina adını qoyublar.
Medpress.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə cütlüyün ətrafındakı mənbə bildirib.
Körpəyə qədim yunan ilahəsinin adı qoyulub.
Emin kiçik qızı və həyat yoldaşının fotosunu paylaşaraq yazıb: “Dörd uşağın xoşbəxt atası”.
Emin Ağalarovun qızı 2019-cu ilin gəlişinə az qalmış doğulub.
Onun Leyla Əliyevadan iki əkiz oğlu və bir övladlığa götürülən qızı böyüyür.