Sekslə nə qədər məşğul olmaq lazımdır və vacibdir?

Bu məsələ çoxlarını, o cümlədən alimləri də narahat edir. Sonuncular, izah etməyə çalşırlar ki, insanların özlərini daha xoşbəxt hiss etmələri üçün nə qədər sekslə məşğul olmaları vacibdir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, buna oxşar cavab 2015-ci ildə alınıb. O zaman 30 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırmanın nəticəsi açıqlanıb. Müəyyən edilib ki, həftədə heç olmasa bir dəfə sekslə məşğul olan cütlüklər bu sevimli hadisənin gec baş verdiyi cütlüklərdən daha xoşbəxt olublar. Nə maraqldır: kim sekslə həftədə bir dəfədən çox məşğul olubsa, buna görə daha xoşbəxt ola bilməyib. Belə alınır ki, norma – 7 gündə bir dəfədir.

 

Bunun üzərində dayanmaq olardı, əgər digər böyük araşdırma olmasaydı. Onun nəticəsinə əsasən, həftədə 2-3 dəfə sevişməklə məşğul olanların arasında xoşbəxtlərin faizi həftədə bir dəfə sekslə məşğul olanlardan daha çox olub.

 

Ekspertləriin fikrincə, bu cür bir-birinin əksinə olan dəlillərə əsaslanaraq demək olar ki, ümumiyyətlə, sekslə bağlı norma mövcud deyil.

 

Bu zaman digər sual ortaya çıxır: “Sekslə məşğul olmaq nə qədər lazımdır?”

 

Bu suala yenə də dəqiq rəqəmlə cavab vermək olmaz: hər şey fərdi istəkdən asılıdır. Lakin seksin həqiqətən nə zaman çoxluğu və nə zaman dayandırılmasının lazım olması ilə bağlı ən azı 3 situasiya mövcuddur.

 

1. Seks psixoloji vəziyyətə təsir göstərir.

 

Hiperseksuallıqla və seksual asılılıq arasında fərq var. Birinci halda söhbət yüksək istəkdən gedir və burada qeyri-adilik yoxdur. Problem sizin bunları hiss etdiyiniz məqamda başlayır:

 

1. Sizin seksual impulslarınız nəzarətdən çıxır.

 

2  Siz riskli nəticəsinə baxmayaraq sekslə məşğul olursunuz ( məsələn, zöhrəvi xəstəliklərə yoluxursunuz, yaxud daimi tərəfdaşınızı itirirsiniz).

 

3. Siz seksdən tənhalığınızı, depressiyanı, həyəcanı, stressi azaltmaq üçün istifadə edirsiniz.

 

Bu halda söhbət artıq addiksiyadan (addiksiya – hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq istəyi) gedir, ona görə psixoterapevtə, yaxud seksoloqa müraciət etmək faydalıdır.

 

2  Seks orqanizmin vəziyyətini yaxşılaşdırır

 

Hətta ən yaxşı bir şeyin də həddi olmalıdır. Əgər seks sağlamlığa mənfi təsir edirsə, ağılın səsinə qulaq asıb fasilə vermək lazımdır. Yeri gəlmişkən müxtəlif problemlər ortaya çıxa bilər: əzələlərin suyunu qurutma və həddindən artıq yüklənməsi sistitə qədər.

 

3. Tərəfdaşdan biri yaxınlıq istəmir

 

Cütlüyün fərqli seksual temperamenti – nadir hadisə deyil. Bu halda təbiətin daha yüksək ehtiras bəxş etdiyi partnyor digərini seksə məcbur etməməlidir. Əlbəttə, problemi həll etmək lazımdır, lakin zorakılıq yolu ilə yox.

 

Mümkün çıxış yolları: açıq söhbət və kompromis yolunun tapılması, həkimə müraciət, yaxud son halda masturbasiya (buna kəfləmə də deyirlər).

 

Əminliklə bir şeyi demək olar: seks sevinc gətirməlidir. Əgər o bu funksiyanı yerinə yetirməkdən uzaqdırsa, deməli, dayanmaq və vəziyyətin qaydaya düşməsi üçün nəsə düşünmək lazımdır.

 

 

 

(Visited 1. 463 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir