Cinsi gücü artıran dərmanlar öldürə bilər – XƏBƏRDARLIQ

İnsanların çoxuna elə gəlir ki, təbii qida əlavələri, o cümlədən, cinsi potensiyanın artırılmasına kömək adı ilə satılan vasitələr olsa-olsa, sağlamlıq üçün təhlükəlidir. Amma təəssüf ki, bu, heç də belə deyil. Belə preparatlar nəinki sağlamlığa ziyan vura, hətta insanı öldürə bilər.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, Amerikanın Ərzaqlara və Dərmanlara Nəzarət İdarəsinin (Food and Drug Administration) araşdırmasına əsasən, 146 müxtəlif istehsalçının 776  “təbii” qida əlavəsinin tərkibində sintetik maddələr aşkarlanıb, yaxud tərkibindəki dərmanlar göstərilməyib. Bu məhsulların böyük əksəriyyəti cinsi potensiyanın artırılması, yaxud arıqlamaq üçün təbliğ olunur.

 

Konnektikut ştatı universitetinin farmakologiya kafedrasının rəhbəri Maykl Uayt iddia edir ki, bu cür vasitələrdən sui-istifadə müxtəlif ciddi problemlərin yaranması ilə yanaşı, ölümlə belə nəticələnə bilər.

 

Uaytın sözlərinə görə, potensiya üçün vasitə alanda insanlar bu cür stimulyatorların nə dərəcədə təhlükəli olduğunu və öz sağlamlıqlarını necə riskə atdıqlarını anlamırlar.

 

“”Viagra”, “Levitra”, yaxud  “Cialis” kimi vasitələrdə olan nitroqliserin və digər preparatlar damarlara güclü təsir göstərməyə qadirdir. İki vasitənin birləşməsi arterial təzyiqin kəskin düşməsinə, bu isə hətta xəstəxanaya düşməyə səbəb ola bilər”, -əczaçı bildirib.

 

Alim aptekdən potensiya artırmaq üçün vasitə almazdan əvvəl həkimlə mütləq məsləhətləşməyi tövsiyyə edir. Onun fikrincə, xüsusilə Asiyada istehsal olunan bu cür vasitələr təhlükəli ola bilər: onlar bir qayda olaraq pis təmizlənir və böyük təhlükə törədə bilər.

 

“Dapoksetinin qəbulu böyük ehtiyatlılıq tələb edir, çünki bu, bədənin yüksək hərarəti, əzələ bərkliyi,  böyrək zədələnməsi və qıcolma ilə müşayiət edilən serotonin sindromunun inkişafına səbəb ola bilər”, -mütəxəssis vurğulayıb.

 

(Visited 263 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir