Üç ölümcül xəstəliyə qarşı tək dərman

 Medpress.az” xəbər verir ki, Nature” jurnalında dərc olunan tədqiqatda 3 milyon tərkib hissənin sınaqdan keçirilməsindən sonra əldə edilən dərmanın parazitlərin səbəb olduğu chagas, şərq çibanı və yuxu xəstəliyi üçün ümid işığı ola biləcəyi qeyd olunur.

 
 İngiltərənin York Universitetinin tədqiqatçıları dərmanı sözügedən üç ölümcül xəstəliyə səbəb olan parazitlərin oxşar quruluşa malik olduğunu kəşf etdikdən sonra əldə etdiklərini bildirirlər.

 Tərkibin təsiri artırılaraq eyni anda bir çox paraziti öldürdüyünü qeyd edən tədqiqatçılar dərmanın qısa zamanda xəstələrə çatdırılması üçün gərgin işlədiklərini söylədi.

 
 Parazitlərdəki zülallara hücum edərək onların quruluşlarını pozduğu halda hüceyrələrə zərər verməyən dərman sertifikat alındıqdan sonra insanlar üzərində sınaqdan keçiriləcək.

 
 Tədqiqatçılardan doktor Elmarie Myburgh dərmanı ” eyni anda birdən çox paraziti məhvetmə gücünə malik ilk özünəməxsus dünya kəşfi” olaraq xarakterizə etdi.

 
 Xüsusilə, Cənubi Amerika, Afrika və Asiyada rast gəlinən chagas , şərq çibanı və yuxu xəstəlikləri hər il  onlara düçar olan 20 milyon insandan 50 mininin ölümünə səbəb olur.

 
Hal-hazırda  bu xəstəliklərin müalicəsində  istifadə olunan dərmanlar  bir çox yan təsirə səbəb olduğu və bahalı olduğu üçün müalicə prosesinə mənfi təsir göstərirlər.

 

(Visited 39 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir