Valideyn qayğısından məhrum uşaq

Valideyn qayğısı və sevgisi ilə əhatə olunmuş uşağın beyni daha yaxşı inkişaf edir. Bunu Texas Uşaq Xəstəxanasının psixiatrı Brüs Perri (Bruce Perry) üzə çıxarıb.

Həkimin paylaşdığı görüntü körpə beyninin fiziki inkişafında ətraf faktorların nə qədər təsirli olduğunu da ortaya qoyup. Xarici KİV-in yaydığı fotolarda 3 yaşlı 2 uşağın beyninin rentgen görüntüləri yer alıb. Soldakı (şəklə bax) hərtərəfli qayğı görən, sağdakı isə şiddətli duyğusal travma yaşayan və qayğı görməyən körpənin beynidir. Göründüyü kimi, soldakı beyin daha böyükdür. Sağdakı beyin isə kifayət qədər inkişaf etməyib. Həmçinin, üzərində bulanıq izlər yaranıb. Bu isə uşağın hər cür səs, qoxu və toxunma təcrübəsindən məhrum olduğu, ciddi şəkildə istismara məruz qaldığı qənaətini yaradır.

Ümumilikdə isə, qayğı göstərilməyən uşağın beyninin 2 dəfə zəif inkişaf etdiyi artıq təsbitlənib.

(Visited 65 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir