Yaşlandıqca vaxt niyə tez keçir? – ARAŞDIRMA

Heç düşünmüsünüzmü nə üçün uşaqlıqda bir il daha uzun görünürdü? İndi isə, necə deyərlər, papağını fırladırsan, bir il gəlib keçir…

Mütəxəssislər deyirlər ki, zaman hissi subyektiv hissdir və insanın yaşından, gündəlik qayğılardan, yuxu və istirahətə ayırdığı saatlardan çox asılıdır.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, Dyuk Universitetinin (ABŞ) mühəndisi Adrian Bejan zamanın “qeyri-sabit” olması məsələsini araşdırmağa çalışıb. Onun mülahizələrinə görə, zaman hissi xarici stimullara əsaslanır və bizim ətrafda nə gördüyümüzdən asılıdır.

 

A.Bejan yazır: “Bir gün bütün saatlarda 24 saat davam edir -qol və divar, elektron və mexaniki saatlarda eynidir. Lakin fiziki vaxt subyektiv vaxtla üst-üstə düşmür. Sizin zaman hissiniz digər insanların zaman hissindən fərqlənir”.

Alimin fikrincə, subyektiv vaxt insan beyninin təsvirləri emaletmə tezliyindən asılıdır- biz yaşlandıqca bu proses yavaşlayır. Məhz buna görə insan gənc olarkən və ətrafda anlamadığı çox şey varkən (xarici stimul) zamanın yavaş keçdiyini düşünür.Yaş keçdikcə beyinin “geriləməsi” isə vaxtın daha surətlə keçməsi hissini yaradır.

Alimlər bu fenomeni həm də sakkadlarla- gözlərin bir istiqamətdə ani və paralel hərəkəti ilə izah edirlər. Sakkadlar arasında beyin aldığı vizual informasiyanı anında emal etməlidir. Sakkadlararası müddətdə beyinin emal periodu uşaqlarda böyüklərə nisbətən qısadır. Bu göz funksiyasına xroniki yorğunluğun da təsir etməsi aşkar olunub.

Əgər siz də vaxtın daha sürətlə keçdiyini düşünürsünüzsə (belə hiss edirsinizsə), daxili vaxt axarının “yavaşlaması” üçün sağlam yuxu rejiminə əməl etmək məsləhət görülür. Xarici stimullara tez reaksiya vermək üçün beynimizə dincəlmək lazımdır.

 

(Visited 168 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir