“BioNTech” COVID-19-un yeni növünə qarşı peyvənd hazırlamağa hazırdır

Almaniyanın “BioNTech” şirkətinin baş direktoru Uğur Şahin rəhbərlik etdiyi müəssisənin altı həftə ərzində koronavirusun yeni, “Britaniya ştammı”na qarşı peyvənd hazırlayacağını söyləyib.

 

Medpress.az xəbər verir ki, bu barədə AFP məlumat verib.

Onun sözlərinə görə, şirkətin “Pfizer” şirkəti ilə birlikdə hazırladığı mövcud peyvənd, çox güman, mutasiya olunmuş ştamma qarşı da təsirli olacaq, amma ehtiyac olacağı təqdirdə preparatı bilavasitə virusun “Britaniya” variantına qarşı da uyğunlaşdırmaq olar.

 

“Texniki olaraq belə peyvəndi altı həftə ərzində təmin edə bilərik”, – U.Şahin bildirib.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

 

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

 

(Visited 11 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir