İmmunoloq: Barmaqdan qan analizi verməklə koronavirusa yoluxub-yoluxmamağı müəyyən etmək olmaz

Son günlər barmaqdan qan analizi verməklə qısa müddət ərzində yeni növ koronavirusa (COVID-19) yoluxub-yoluxmamağın müəyyən edilməsi barədə informasiyalar dolaşır, hətta bu üsuldan istifadə edərək testdən keçənlər də var. Həmin testlərin nəticəsi 10 dəqiqə ərzində müəyyən edilir.

 

Medpress.az  ‘Report’a ıstınad edirik xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, immunoloq Həyat Əliyeva  bildirib ki, həmin testlər əhalidə COVID-19-un cavabı barədə çaşqınlıq yarada bilər: “Anticisimlər infeksiyaya yoluxandan 10 gün sonra yaranmağa başlayır. Lakin onu birinci gündən təyin etməyə cəhd göstərmək tamamilə yanlışdır. Məsələn, aparılan həmin testin nəticəsində alınan neqativ cavab arxayınlıq yaradır və əslində infeksiyaya yoluxmuş xəstə özünü sağlam hesab edir. Yaxud əksinə, sağalma prosesində anticisim aşkar edilə bilər və bu, yoxlanılan şəxsdə xəstə olması təsəvvürü yaradar”.

 

Ev şəraitində test olunmaqla koronavirusa yoluxub-yoluxmamağı müəyyən etmək riskli hesab olunur. Mütəxəssislər bir daha xəbərdarlıq edir ki, özündə COVID-19-un əlamətlərini hiss edənlər mütləq şəkildə gecikmədən tibb müəssisəsinə və həkimə müraciət etməlidir.

 

(Visited 34 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir