“Apple” şirkətinin yeni simsiz qulaqcığı insanın bədən temperaturunu və nəbzini müəyyənləşdirəcək sensorlarla təchiz ediləcək.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, patent hüququnun alınması üçün müraciət ötən il edilsə də, icazə indi verilib.
Yumşaq korpus xüsusiyyəti sayəsində universal qulaqcıq ondan hər iki qulaq üçün rahat istifadəyə imkan verəcək.
Məlumata görə, xüsusi ötürücülər qulaqcığın hansından istifadə edildiyini müəyyənləşdirəcək. Bu, qurğuya stereo səsin səsləndirmə kanalını müstəqil seçməyə imkan verəcək.
İnsan sağlamlığının vəziyyəti barədə informasiya toplayan sensorlar istifadəçini kritik məqamda təhlükə, məsələn, ürəktutma barədə məlumatlandırmaq üçün nəzərdə tutulub.
Yeni “AirPods” qulaqcığının növbəti ilin birinci rübündə satışa çıxarılması planlaşdırılır.