Korrupsiyaçıları gözlərindən tanıyacaqlar

Vəzifəli şəxslər arasında korrupsiya halları ilə bağlı Rusiyanın İstintaq Komitəsi yalanı gözdən müəyyənləşdirəcək xüsusi detektordan istifadə edəcək.

 

Medpress.az Rusiya mediasına istinadən bildirir ki, Baş Prokurorluğun məlumatına görə, bu ilin yanvar ayından oktyabra qədər ölkədə korrupsiya cinayətlərinin sayı 2017-ci illə müqayisədə 1,9 faiz artıb. Bu il ümumilikdə 27,1 min belə cinayət faktı aşkarlanıb və onların böyük bir qismi vəzifəli şəxslərin üzərinə düşür.

 

 

Pozuntuların sayını azaltmaq, dövlət qulluqçularının yoxlanılması üçün Rusiya İstintaq Komitəsi aytreker (EYE – tracking) adlanan cihazdan istifadə etməyi planlaşdırır. Bu cihazın köməyi ilə infraqırmızı kamera suallara cavab verilərkən insanın gözünün hərəkət fəallığını qəti müəyyən edir, bunun nəticəsində həmin şəxsin korrupsiyaya qarşı meylliyini öyrənmək olur.

 

 

Hazırda qurğu tibdə və reklam sahəsində geniş tətbiq olunur, amma Rusiya İstintaq Komitəsi aytreker üçün öz proqramını yaradıb. Ondan yoxlamanın səmərəliliyinin artırılması üçün standart poliqrafla birlikdə istifadə edilməsi planlaşdırılır.

 

 

Aytrekerin iş prinsipi onun üzərində qurulub ki, insanın gözünün reaksiyası iradəsizdir, bəbəyə isə şüurun köməyi ilə nəzarət etmək olmaz. Üstəlik onun həssaslığı yüksəkdir, ona görə də qiymətləndirmə dörd dəfə az vaxt aparacaq.

 

 

Qurğuların birgə istifadəsi sayəsində mütəxəssislər yoxlamaların obyektiv nəticələrinə nail ola biləcəklər.

 

 

 

(Visited 35 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir