Həkim xəstəni əməliyyatın ortasında pul ödəməyə məcbur etdi

Çində cərrah xəstəni əməliyyatın ortasında pul ödəməyə məcbur edib. Əks halda  pul verilənədək proseduru davam etdirməkdən imtina edib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə Qansu əyalətinin Lançjou şəhərində olub. Yunnan əyalətindən Yo soyadlı pasiyent oktyabrın 25-də həkimə müraciət edib və məsləhətə görə ona 538 yuan ödəyib. Həkim Yonu əməliyyata göndərib, lakin prosedurun ortasında ondan 15,3 min yuan ödəməsi tələb olunub. Cərrah Yoya deyib ki, onun limfa düyündləri qızdırmalıdır, korlanmış əsəbləri müalicə tələb edir və əgər bunu etməsə, gələcəkdə problemlərlə üzləşəcək.

 

Yo çox qorxub, üstəlik də anesteziyaya görə yuxulu durumda olduğundan özündə mübahisə etməyə güc tapmayıb. Onun yaralarını sarıyıblar və bir mərtəbə aşağıda yerləşən kassaya pul ödəməyə göndəriblər.

 

Yo bundan sonra Lançjou hökumətinə şikayət edib. O, digər həkimlərdən məsləhət alaraq öyrənib ki, əməliyyatı orta hesabla 1500 yuan tutur. Xəstəxana rəhbərliyi Yoya 41 450 yuan kompensasiya ödəməyə razılaşıb.

 

Məlumata görə, Çinin tibb sahəsində fırıldaqçılıq geniş yayılıb, bundan əlavə, özəl tibb sahəsinə demək olar, nəzarət edilmir. Bu səbəbdən pasiyentlər tez-tez prosedura görə daha çox pul ödəməli olurlar.

 

(Visited 65 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir