69 yaşlı kişi 20 il cavanlaşmaq istədi

69 yaşlı Niderland sakini Emil Ratelband sənəddəki yaşının 20 il azaldılması xahişi ilə məhkəməyə müraciət edib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, Ratelbandın sözlərinə görə, o, özünü qətiyyən 69 yaşda hiss etmir. Onun hazırkı yaşı iş tapmasına və münasibət qurmasına mane olur. Bundan əlavə, iddiaçı hesab edir ki, onun xahişi adın və cinsin dəyişdirilməsini nəzərdə tutan qanuni prosedura uyğundur.

 

Buna baxmayaraq, Niderland məhkəməsi iddianı rədd edib. İmtina onunla əsaslandırılıb ki, doğum günün dəyişdirilməsi doğum, ölüm, nikah günləri və 20 il ərzində qeydə alınan münasibətlərin reyestrdəki qeydlərinin yoxa çıxmasına səbəb olacaq. Bu, eyni zamanda çoxsaylı hüquqi və sosial nəticələrə gətirib çıxara bilər.

 

Ratelband məhkəmənin imtinasından pərişan olmayıb və apellyasiya şikayəti verməyə hazırlaşır. Onun sözlərinə görə, o, minlərlə insan arasında yaşını dəyişdirmək istəyən birinci adamdır.

 

Almaniyadan olan 29 yaşlı model Martina Blond mart ayında yaşını gizlətdiyinə görə ifşa edilib. Qadın kremli ton inyeksiyası ilə dərisinin rəngini dəyişmişdi.

 

 

(Visited 67 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir