Alimlər qadın orqanizmindən kənarda cift yetişdirdilər

Tədqiqatçılar insan ciftinin hüceyrələrindən üçölçülü ciftəbənzər orqanoid yetişdirməyi bacarıblar. Əsl cift kimi bir neçə hüceyrə qatlarından ibarət olan bu yeni kəşf hətta hormonlar əmələ gətirir. “Nature” jurnalında dərc olunan məqaləyə görə, “sınaq şüşəsindəki cift” laboratoriyada qadın orqanizmi ilə embrion arasındakı qarşılıqlı təsiri öyrənməyə, həmçinin dölün inkişafında pozuntuların və hamiləliklə bağlı patologiyaların tədqiqində yekun qərar verməyə kömək olacaq.

 

qadın orqanizmindən kənarda cift

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Eşli Moffetin rəhbərliyi ilə Kembric Universitetinin tədqiqatçıları gel matrisanın içində genetik cəhətdən stabil olan üçölçülü orqanoid (trofoblast) yetişdiriblər. Bu orqanoid hamiləliyin ilk üç ayında olan ciftin funksiyalarını yerinə yetirməyə qadirdir. Alimlər sübut ediblər ki, bu cür mini orqan laboratoriya şəraitində uzun müddət (1 ilədək) qala bilər və hüceyrələri yeni matrisalara təkrar əkməklə onu “artırmaq” mümkündür.

 

“Sınaq şüşəsindəki cift”in yetişdirilməsi üçün müəlliflər donor materialını bir neçə qadının cift hüceyrələrindən götürərək xüsusi matriksə yerləşdiriblər. Bundan başqa, alimlər matriksdəki hüceyrələrin bölünməsini və təbəqələşməsini təmin edən hormonların və inkişaf amillərinin uyğun kombinasiyasını seçərək, inkişaf mühiti üçün çoxsaylı variantlar axtarıblar.

 

Yekunda alınan orqanoidin analizi göstərib ki, o, matrisada hüceyrənin iki əsas populyasiyası ilə əsl narıntüklü trofoblast formalaşdırıb. Bunlardan biri uşaqlığın endometriyası və analıq arteriyaları ilə qarşılıqlı təsirdə olan narıntüklü qatdır, digəri isə maddələr mübadiləsi və hormon məhsuldarlığına cavab verən ekstra sintsitiotrofoblast hüceyrələrdir.

 

Mini orqanın, həmçinin hormonların məhsuldarlıq bacarığına da malik olması aşkarlanıb. O, sidik vasitəsilə hamiləliyi müəyyən edən ekspress-testlərin əsasını təşkil edən horionik qonadotropini sintezləşdirir. Hormonun məhsuldarlığının təsdiq olunması üçün müəlliflər hətta bu test vasitəsilə mini ciftin böyümə mühitini təhlil ediblər. Testin nəticəsi uğurlu alınıb.

 

(Visited 34 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir